"Mançester Yunayted"də yeni büdcə - Avropa Liqasına uyğun planlaşdırır

23:58 - 3 Mart 2025

İngiltərənin nəhəng klublarından olan "Mançester Yunayted" büdcəni Avropa Liqasına uyğun planlaşdırmağa başlayıb.

Sportal.az xəbər verir ki, "The Telegraph" nəşrində yer alan məlumata görə "qırmızı şeytanlar" qarşıdakı 4 ilin büdcəsini klubun Avropa Liqasında çıxış edəcəyi ehtimalına nəzərə alaraq hesablayıb. Əvvəlki illərdə isə büdcə planlaması Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək perspektivinə uyğun aparılırdı.

Bundan əlavə, klub növbəti mövsümdə avrokuboklara vəsiqə qazanmamaq ehtimalını da büdcədə ayrıca xərc maddəsi kimi göstərib.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə "Mançester Yunayted" 27 turdan sonra 33 xal toplayaraq 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti