"İki növ futbolçu var - bəzi oyunçular qaçır, digərləri isə fərq yaradır"

23:14 - 3 Mart 2025

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Atletiko" ilə oyunöncəsi mətbuat konfransında maraqlı fikirlər səsləndirib.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçularda istedad və zəhmət arasındakı balans haqqında danışıb:

"İki növ oyunçu var - bəziləri qaçır, digərləri isə fərq yaradır. Siz ya qaçmalısınız, ya da fərq yaratmalısınız, hər ikisini etməmək mümkün deyil. Mənim dövrümdə fubtolçular keyfiyyətə önəm verirdilər. Daha çox istedada sahib olanlar isə böyük fədakarlıqlar etməli olurdular.

"Mançester Siti" ilə "Bernabeu"dakı oyundan xoş xatirələrimiz var. Bu, xüsusi bir axşam idi və biz bu cür oyunu təkrarlamaq istəyirik. "Betis"lə oyunda motivasiyamız yetərli deyildi və ümid edirəm, bu, sadəcə bir dəfə baş verən hal idi" – deyə Ançelotti bildirib.

Xəbər xətti