“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Kabo-Verde əsilli yarımmüdafiəçi yenidən Rusiyanın “Rubin” klubundan təklif alıb. Kazan təmsilçisi yayda Andradeni transfer etməyi planlaşdırır və mövsümün sonuna yaxın “Qarabağ”la danışıqlara başlamağı düşünür. Rus klubunun məşqçilər heyəti futbolçunun Ağdam təmsilçisindəki çıxışlarını diqqətlə izləyir.
Qeyd edək ki, Andradenin “Qarabağ”la müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir. (azerisport.com)
saytlarin hazirlanmasi