"Şamaxı"nın aparıcı oyunçularından hesab edilən Leroy Mikelsin müalicəsi yekunlaşıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, ayağındakı ağrılara görə 4 matçdır komandasına kömək edə bilməyən almaniyalı futbolçu gələn həftədən yüngül məşqlərə başlayacaq. 30 yaşlı futbolçunun Premyer Liqanın 27-ci turunda keçiriləcək "Araz Naxçıvan"la matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Mikels bu mövsüm "Şamaxı"nın heyətində meydana çıxdığı 19 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi