"Milan" 26 yaşlı yarımmüdafiəçisi Tayani Reynderslə yeni müqavilə imzalayıb. Razılaşma 2030-cu ilin iyununa qədər qüvvədə olacaq.
Sportal.az xəbər verir ki, yeni müqaviləyə əsasən, Reyndersin maaşı 1.7 milyon avrodan 3.5 milyon avroya yüksəlib.
Qeyd edək ki, niderlandlı futbolçu 2023-cü ilin yayında "Milan"a qoşulub. Cari mövsümdə o, İtaliya A Seriyasında 26 matçda 8 qol və 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi