"Roma"nın baş məşqçisi Klaudio Ranyeri hakimlər haqqında tənqidi fikirlərinə görə UEFA tərəfindən cəzalandırılıb.
Sportal.az "Football Italia" portalına istinadən xəbər verir ki, italiyalı mütəxəssis fevralın 13-də baş tutan "Porto" ilə oyundan (1:1) sonra Brayan Kristantenin meydandan uzaqlaşdırılmasına görə hakimlərə narazılığını bildirib.
O, həm meydançada, həm də matçdan sonra mətbuat konfansındakı narazılığına görə cərimələnib.
UEFA bu cür davranışına görə Ranyerini 20 min avro cərimələyib. “Roma” isə daha 11 min avro ödəməli olacaq.
saytlarin hazirlanmasi