Türkiyədə Fernandu Santuşun “Beşiktaş”dakı vaxtını xatırladılar: Sulşer onların bacarmadığını etdi 

14:49 - 4 Mart 2025

Türkiyə mətbuatı “Beşiktaş”ın Ole Qunnar Sulşerin rəhbərliyi altında qazandığı qələbə seriyasından yazarkən, Azərbaycan milli komandasının baş məşqçisi, əvvəllər “qara qartallar”ın çalışdırıcısı kimi işləmiş Fernandu Santuşu də xatırlayıblar. 

Sportal.az xəbər verir ki, “le-bois.com” portalı millimizin baş məşqçisinin vaxtında “Beşiktaş”ın uğursuz olmasından yazıb:

"Beşiktaş”ın baş məşqçisi Ole Qunnar Sulşer Slaven Biliçdən sonra İstanbul komandasına Super Liqada ardıcıl 4 qələbə qazandıran ilk əcnəbi mütəxəssis olub. Buna komandanın digər əcnəbi məşqçiləri - Valerien İsmael, Fernandu Santuş və Covanni Van Bronkhost nail ola bilməyib. İsmael və Bronkhorstun rəhbərliyi altında "Beşiktaş" ardıcıl cəmi üç qələbə seriyası yaşamışdı".

Qeyd edək ki, Fernandu Santuş 2024-cüil yanvarın 8-də “Beşiktaş”a baş məşqçi təyin edilmiş, aprelin sonunda isə komandadan ayrılmışdı.

Xəbər xətti