Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, A millimiz Haiti yığması ilə qarşılaşacaq. Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
saytlarin hazirlanmasi