"Dinamo"nun məşqçisi: "Vasili Berezutski ilə Azərbaycandakı işindən danışdıq"

11:22 - 4 Mart 2025

ÇSKA və Rusiya millisinin veteran futbolçusu Rolan Qusev "Sabah"ın baş məşqçisi Vasili Berezutski və onun Azərbaycanı seçməsindən danışıb.

Sportal.az “Чемпионат” portalına istinadən xəbər verir ki, rusiyalı sabiq komanda yoldaşı barədə bunları deyib:

"Biz bu yaxınlarda Vasili ilə görüşdük. O, həm Çində işləməsindən, həm də indi Azərbaycandakı işindən danışdıq. Düşünürəm ki, o, özünü çoxdan bu rolda sınamaq istəyirdi. Təklif gəldi və və bunu dəyərləndirdi, indi də qarşısında tapşırıqları var”.

47 yaşlı mütəxəssis "Dinamo"(Moskva), ÇSKA(Moskva), "Dnepr", "Arsenal"(Kiyev) klublarında oynayıb. O, hazırda "Dinamo"da (Moskva) köməkçi məşqçi kimi çalışır.

Xəbər xətti