AÇ-2026-nın əsas mərhələsində Yunanıstan yığması ilə üz-üzə gələcək Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”nin üzvü Fərid Abbasov qatılıb.
Milli komanda martın 11-də Afinada Yunanıstanla üz-üzə gələcək.
saytlarin hazirlanmasi