"Milan"ın qapıçısı Mayk Menyan İtaliya çempionatının 27-ci turunun "Latsio" ilə oyununda final fitindən sonra hakimi təhqir etdiyinə görə diskvalifikasiya olunub.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, fransız qolkiper bir oyunluq cəzalandırılıb.
Klub isə 15 min avro cərimələnib. Qeyd edək ki, Milanda keçirilmiş görüş “Latsio”nun qələbəsi ilə yekunlaşıb.
Menyan 28-ci turda “Leççe”yə qarşı keçiriləcək matçda iştirak etməyəcək.
saytlarin hazirlanmasi