"Şamaxı"nın müdafiəçisi Vasiliye Radenoviç Misli Premyer Liqasının 25-ci turunun “Səbail” üzərində qazandıqları qələbəni (2:0) şərh edib.
Sportal.az saytına açıqlama verən monteneqrolu futbolçu komandasının səfərdə qazandığı qələbə barədə bunları deyib:
"Bizim üçün çox vacib oyun idi. Asan olmayacağını da bilirdik. Çünki bu görüşdə qələbə bizim kimi, rəqibə də lazım idi. Məşqçilər korpusu və klubdakı bütün insanlarla birlikdə böyük ailə olduğumuzu meydanda göstərdik. Biz də göstərdik ki, bu komanda xarakterə və əla keyfiyyətə malikdir. Matçın çox hissəsində üstün olduğumuz üçün mütləq qələbəyə layiq idik. Çempionatın sonuna qədər hələ çox oyun var. Hələ qazanacağımız xallar çoxdur və ən qısa zamanda məqsədimizə çatmağa çalışacağıq".
Qeyd edək ki, "Şamaxı" 25 turdan sonra 24 xalla 7-ci pillədədir.
Mirbağırağa
saytlarin hazirlanmasi