"Real"ın stadion planı - Dünya çempionatının final matçı üçün

00:07 - 6 Mart 2025

Madridin "Real" klubu "Santyaqo Bernabeu" stadionunun tutumunu hazırkı 81 044 yerdən 85 min nəfərə qədər artırmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, bu addım 2030-cu il dünya çempionatının final oyununa ev sahibliyi etmək şanslarını artırmaq məqsədi daşıyır.

"Real" rəhbərliyi düşünür ki, "Bernabeu"nun üstünlükləri, o cümlədən açılıb-bağlanan damı, müasir 360 dərəcə ekranı və digər texnoloji imkanları onu FIFA-nın seçimində ön plana çıxara bilər. Bundan əlavə, FIFA prezidenti Canni İnfantino və "Real"ın rəhbəri Florentino Peres arasındakı yaxşı münasibətlər də Madrid klubunun şanslarını artıra bilər. Lakin yekun qərar 31 iyulda veriləcək.

Beləliklə, "Real" stadionun tutumunu 85 000 nəfərə çatdırmaqla,  final oyununa ev sahibliyi etmək uğrunda "Kamp Nou"və "Həsən II" stadionları ilə rəqabət aparmaq niyyətindədir:

"Kamp Nou" (Barselona): Təmir işlərindən sonra stadionun tutumu 100 mindən çox olacaq.

  "Həsən II" stadionu (Kasablanka, Mərakeş): 115 min nəfərlik tutumu ilə dünyanın ən böyük futbol arenalarından biri olacaq.Maldini 25 il bir klubda qaldıq.

Xəbər xətti