Türkiyəli təcrübəli baş məşqçi Fatih Terimin çalışdırdığı Səudiyyə Ərəbistanı klubu olan "Əl-Şabab"da krizis baş verməkdədir.
Sportal.az xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, futbolçular 3 aydır maaşlarını ala bilmirlər. Son turda keçirilən "Damak"la oyundan əvvəl klub rəhbərliyi öz üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə dair söz versə də, buna əməl etməyib. Bəzi futbolçular buna etiraz olaraq məşqlərə çıxmayacaqlarını da bildiriblər.
Qeyd edək ki, "Əl-Şabab" 23 turdan sonra liqada 39 xalla 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi