"Turan Tovuz" Misli Premyer Liqasının 25-ci turunda doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məqşçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Zirə" kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlara idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. "Zirə"ni layiqli qələbə münasibətilə təbrik edirəm.
- 4-cü yeri tutub avrokuboklara gedə bilməsəz, bunu uğurlu nəticə hesab edəcəksiz?
- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Yalnız bunu bacarsaq, mövsümü uğurlu saya bilərik.
- Geridən hücum qurmaqla bağlı müdafiədə problem olduğunu düşünürsüz?
- Müəyyən problemlər var. Bunları müzakirə edirik və aradan qaldırmağa çalışırıq.
- İsmayıl Zülfüqarlıya hansı tapşırığı vermişdiz?
- Ötürmələrlə bağlı problemi var. Bunun üzərində işləyirik.
- Komandanız evdə oyuna çox istəkli və aqressiv başlayanda səhvlər edir. Bəlkə bunu dəyişməyin vaxtıdır?
- Aktiv oynamalı olduğumuz oyunlarda bunu edirik. "Zirə" əks-hücumlarda təhlükəli olan komandadır. Elə ilk əks-hücumları da penalti və qolla nəticələndi.
Elçin Əlixan
saytlarin hazirlanmasi