"Messi 25 il "Roma"da oynasaydı, bütün bu "Qızıl top"ları qazanardı?" - Keçmiş kapitan peşman deyil

23:26 - 4 Mart 2025

"Roma"nın əfsanəvi kapitanlarından olan Françesko Totti bütün karyerasını paytaxt klubunda keçirdiyinə görə heç vaxt peşman olmadığını bildirib.

Sportal.az xəbər verir ki, keçmiş kapitan dünyanın ulduz futbolçusu Messi haqqında da maraqlı açıqlamalar verib:

"Başqa komandada oynamaq barədə heç vaxt düşünməmişəm, bunun mənası olmazdı. Yalnız mən və Maldini 25 il bir klubda qaldıq. Doğrudan da düşünürsünüz ki, Messi 25 il 'Roma'da Frau, Sesar Qomes və Pivotto ilə oynasaydı, bütün bu 'Qızıl top'ları qazanardı?"

Xəbər xətti