"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə dəvət edildi

17:44 - 5 Mart 2025

“Araz-Naxçıvan” klubunun futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb.

Sportal.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Moldova yığması DÇ-2026-nın seçmə mərhələsində martın 22-də Kişinyovdakı "Zimbru" stadionunda Norveç yığması ilə qarşılaşacaq.

Xəbər xətti