"Brayton"un hücumçusu Mahir Emrelinin "Nürnberq"də qalmasına sevinib

13:47 - 5 Mart 2025

Almaniyanın “Nürnberq” klubunun hücumçusu Stefanos Tzimas II Bundesliqanın 24-cü turunun “Hannover”lə oyununu (1:2) şərh edərkən komandanın azərbaycanlı hücumçusu Mahir Emreli haqda da fikirlərini bildirib.

Sportal.az “CLUBFOKUS”a istinadən xəbər verir ki, yunan futbolçu millimizin futbolçusu barədə bunları deyib:

"Bəlkə də bəzən iki hücumçu ilə oynayanda özümü daha yaxşı hiss edirəm. Çünki o zaman daha çox boş zona yaranır. Mahir Emrelinin “Nürnberq”də qalmasına görə şadam. Çünki biz artıq birlikdə yaxşı işləmişik".

Xatırladaq ki, Emreli qışda Cənubi Koreyanın “Seul” klubuna keçməyə yaxın olsa da, sonda transfer baş tutmamışdı. Tzimas isə artıq “Brayton”a transfer olub, amma icarə əsasında “Nürnberq”də oynayır. O, 2030-cu ilə qədər İngiltərə klubuna məxsusdur.

Xəbər xətti