"Araz-Naxçıvan" "Tuluza"nın oyunçusu ilə anlaşdı

12:48 - 5 Mart 2025

“Araz-Naxçıvan” futzal klubu növbəti transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, ölkə çempionu Enrike Bertuola ilə anlaşıb. Braziliyalı forvard komandanın baş məşqçisi Yevgeni Kukseviçin etimadını qazanacağı təqdirdə müqavilə müddəti daha bir illik artırılacaq.

Onunla indiki məqamda isə üç aylıq müqavilə imzalanıb.

Braziliyalının son klubu "Tuluza"(Fransa) olub.

Xəbər xətti