Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

22:55 - 5 Mart 2025

"Barselona" "Rayo Valyekano"nun 26 yaşlı rumın müdafiəçisi Andrey Raçiu ilə yaxından maraqlanır. Futbolçu özü də Kataloniya klubunun maraq dairəsində olmasına sevindiyini bildirib.

Sportal.az xəbər verir ki, xarici mətbuatda yer alan məlumata görə, "Barselona"nın idman direktoru Deku uzun müddətdir ki, Raçiuya rəğbət bəsləyir. Lakin baş məşqçi Hans-Diter Flik hələlik bu transferin zəruriliyinə tam əmin deyil.

Futbolçunun müqaviləsində sərbəst qalma məbləği 25 milyon avro göstərilib. Ancaq Kataloniya klubu bu məbləğin azaldıla biləcəyini nəzərdən keçirir. Bundan əlavə, Raçiu ilə Premyer Liqa və A Seriyasından da bəzi klublar maraqlanır.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə La Liqada "Rayo Valyekano"nun heyətində 24 oyunda iştirak edib və 2 qolla yadda qalıb.

Xəbər xətti