İsveç millisinin və "Nyukasl"ın forvardı Aleksander İsak İspaniyaya yollanacaq.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Barselona"nın təklifinə müsbət cavab verib.
Onun xidmətində İngiltərə nəhəngləri maraqlı olsa da, İsak Kataloniya klubunda oynamaq istəyir.
İsveçli hücumçunun "Nyukasl"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Onun transfer dəyəri 75 milyon avrodur. İsak karyerası ərzində AİK, "Borussiya"(Dortmund), "Villem II", "Real Sosyedad" komandalarında çıxış edib.
saytlarin hazirlanmasi