"Yuventus" Ederson üçün 2 Premyer Liqa nəhəngi ilə yarışa girdi

22:11 - 6 Mart 2025

"Atalanta"nın yarımmüdafiəçisi Ederson Laurenso mövsümün sonunda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, ötən yay Berqamo klubu 25 yaşlı futbolçunu 40 milyon avroya Premyer Liqaya satmaqdan imtina edib. Lakin bu ilin ortalarında futbolçunu daha böyük məbləğə buraxmağa hazırdır.

Braziliyalı oyunçunu komandasında ən çox görmək istəyənlər arasında "Yuventus" ilk sıradadır. Bundan əlavə, 25 yaşlı futbolçunu "Mançester Siti" və "Mançester Yunayted" də transfer etmək istəyir.

Qeyd edək ki, bu mövsüm Ederson A Seriyasında 27 oyun keçirib və 3 qol vurub.

Xəbər xətti