Diniyev baş məşqçisiz qalıbAzərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Çorum” baş məşqçisiz qalıb.
Sportal.az xəbər verir ki, klub rəhbərliyi komandanın baş məşqçisi Serkan Özbaltı istefaya göndərib.
Bu, birinci liqanın 28-ci turunda "Boluspor"a evdə məğlubiyyətdən (0:2) sonra baş verib.
Ardıcıl uğursuzluqlardan sonra hesabında 39 xal olan “Çorum” 10-cu pilləyə düşüb.
Özbalta "Çorum"un yeni transferi Coşqun Diniyevə daha çox oyun vaxtı vermədiyinə görə də fanatlar tərəfindən tənqid olunurdu.
saytlarin hazirlanmasi