Azərbaycanlı qolkiper Fernandu Santuşun diqqətini çəkdi - milliyə dəvət etmək istəyir

15:22 - 6 Mart 2025

Azərbaycan millisinin bu ay Haiti(22 mart) və Belarus(25 mart) yığmalarına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində yeni simalar görə bilərik.

Sportal.az saytına verilən məlumata görə, yığma komandamızın baş məşqçisi Fernandu Santuşun diqqətini çəkən futbolçulardan biri ampluaca qapıçıdır.

Belə ki, portuqaliyalı “Səbail”in qapıçısı Əlirza Müştəbəzadəni sərəncamında görmək istəyir.

Hələ ki Santuş yekun qərarını verməyib. Amma 23 yaşlı qolkiperin millinin qarşıdakı görüşlərinə dəvət alacağı gözlənilir.
 

Xəbər xətti