"Sumqayıt"ın sabiq çalışdırıcısı Azərbaycanla görüş haqda: "Belarus üçün asan olmayacaq"

12:34 - 6 Mart 2025

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Belarus millisinin Azərbaycan və Tacikistan yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “Белорусский Футбол” nəşrinə danışan Baqa millimizlə görüş barədə də danışıb:

"Əlbəttə, istənilən futbolçu və məşqçi böyük rəqiblərlə oynamaq, müəyyən dərslər götürmək istəyər. Bu superdi, özüm də bunu yaşamışam. Amma indiki vəziyyətdə biz Tacikistan və Azərbaycanla oyundan maksimum yararlanmalıyıq. Bəlkə də indi güc baxımından bizimlə bərabər olan rəqiblərə qarşı oynamağın vaxtıdır ki, uşaqlar özünə inam qazansınlar. Üstəlik, bu, yeni coğrafiya, möhtəşəm stadionlardır. Mən bunu şəxsən bilirəm. İstənilən halda komandamız üçün asan olmayacaq".

Xatırladaq ki, Azərbaycan – Belarus oyunu martın 25-də Masazırdakı “Bank Republik Arena” stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
 

Xəbər xətti