Belçikanın “Eupen” klubu Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevdən əl çəkmək niyyətində deyil.
Sportal.az saytına verilən məlumata görə, belçikalılar azərbaycanlı müdafiəçinin keçidini yayda həll etməyi planlaşdırır.
Belə ki, “Eupen” Zamiq üçün məxsus olduğu “Eqnatiya”ya lazım olan təzminatı ödəyəcək. Əslində, Əliyevin Belçika klubuna keçidi qış “transfer pəncərəsi” zamanı baş tutmalı idi. Liej təmsilçisi Zamiqin özü və “Eqnatiya” ilə razılaşsa da, viza məsələsinə görə transfer reallaşmamışdı. Yayda isə millimizin müdafiəçisinin “Eupen”ə keçidi böyük ehtimalla reallaşacaq.
23 yaşlı futbolçu mövsümün əvvəlində Albaniya klubuna keçib. Onun “Eqnatiya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.