Misli Premyer Liqasının 26-cı turunun “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.
Sportal.az xəbər verir ki, qiyməti 3, 5, 10, 20 və 30 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftci-pfk-turan-tovuz-pfk10/147175
“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması 10 mart tarixində saat 19:30-da baş tutacaq.
saytlarin hazirlanmasi