"Baku Sportinq"in "Difai" üzərində qələbəsi - VİDEO

21:25 - 6 Mart 2025

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 17-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Difai" öz meydanında "Baku Sportinq"i qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 24-ə yüksəldən "Baku Sportinq" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 13 xalı olan "Difai" isə 9-cu yerdədir.

"Difai" - "Baku Sportinq" 0:1
Qol: L.Stevanoviç, 40
Qırmızı vərəqə: R.Süleymanov, 86 ("Baku Sportinq")

Xəbər xətti