"Qarabağ"ın futbolçusuna 4 oyunluq cəza verildi

21:22 - 7 Mart 2025

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

04.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXV turun “Səbail-2” – “Şamaxı-2” görüşündə oyun günü planı pozulduğuna görə “Səbail-2” komandası 100 manat cərimə edilsin (maddə 77.1);

04.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXV turun “Səbail-2” – “Şamaxı-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Səbail-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1);

04.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXV turun “Sumqayıt-2” – “Qarabağ-2” görüşündə oyun günü planı pozulduğuna görə “Sumqayıt-2” komandası 100 manat cərimə edilsin (maddə 77.1);

04.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXV turun “Sumqayıt-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra “Qarabağ-2” komandasının 45 nömrəli futbolçusu Nihad Mollayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, “Qarabağ-2” komandası 300 manat cərimə edilsin (maddə 43.3);

05.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXV turun “Sabah-2” – “Araz-Naxçıvan-2” oyununun 88-ci dəqiqəsində “Sabah-2” komandasının 96 nömrəli futbolçusu Emil Əmirov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, “Sabah-2” komandası 100 manat cərimə edilsin (maddə 41);

06.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXV turun “Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37).

Xəbər xətti