Polşanın “Radomyak” klubunun baş məşqçisi Joao Enrikeş azərbaycanlı hücumçu Renat Dadaşovun "Krakoviya" ilə keçiriləcək Ekstraklasa 24-cü turunun matçında start heyətində yer alması ehtimalından danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan Enrikeş millimizin forvardı haqda bunları deyib:
"Renat Dadaşov da digər oyunçular kimi start heyətində yer almaq üçün mübarizə aparır. Bu baxımdan hamı bərabərdir. Bizim oyun üçün öz strategiyamız var və start heyəti ilə bağlı qərar verəcəyik. Qarşılaşma üçün heyətə daxil olmağa hazır olan üç qapıçı da daxil olmaqla 24 futbolçumuz var".
Qeyd edək ki, “Krakoviya” – “Radomyak” görüşü sabah keçiriləcək.