"Kəpəz"in legioneri: "Neftçi"yə qarşı yaxşı futbol nümayiş etdirdik"

12:17 - 7 Mart 2025

"Kəpəz"in hücumçusu Paçu Lira Sportal.az saytına açıqlama verib.

Braziliyalı futbolçu Misli Premyer Liqasının 25-ci turunda "Neftçi" üzərində qazanılan qələbəni şərh edib:

"Neftçi"yə qarşı hər şey çox yaxşı alındı. Yaxşı oynadıq, üç xalımızı qazandıq. Hər oyuna da bu cür hazırlaşıb, qələbə niyyəti ilə çıxırıq. Şadam ki, "Neftçi" ilə görüşdə qalibiyyəti əldə etdik və aktivimizdəki xalların sayını artırdıq. Həqiqətən yaxşı futbol nümayiş etdirmişdik. Amma bu görüş artıq geridə qaldı".

29 yaşlı forvard növbəti turda qarşılaşacaqları "Sumqayıt"la matç haqda isə bunları deyib: "Bizi qarşıda "Sumqayıt"la görüş gözləyir. Artıq bu oyuna hazırlaşırıq. Hər oyuna eyni cür hazırlaşırıq, rəqibin isə fərqi yoxdur. "Sumqayıt" da yaxşı komandadır. Hər matça potensial üç xal üçün baxırıq. İnanırıq ki, növbəti görüşdə də qələbə qazana biləcəyik. Asan olmayacaq, amma sona qədər mübarizəmizi aparacağıq ki, qalibiyyət bizim olsun".

Xəbər xətti