"Liverpul" da İsveç millisinin forvardı üçün hərəkətə keçdi

11:47 - 7 Mart 2025

“Nyukasl”ın hücumçusu Aleksander İsak üçün daha bir təklif gəlib.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, mövsümün sonunda “Barselona”ya keçmək istəyən isveçli forvardı “Liverpul" transfer etməyi planlaşdırır. Artıq mersisaydlılar 25 yaşlı futbolçu üçün “Nyukasl”la danışıqlara keçib.

Amma İsak “Barsa”da oynamaq istədiyi üçün bundan əvvəl “Çelsi" və "Arsenal"ın təklifindən də imtina etmişdi. “Liverpul”un təklifi daha cəlbedici olduğundan “Nyukasl” forvardla yenidən danışacaq. İsveç millisinin hücumçusunun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti