8 mart qadınlar günü münasibəti ilə həvəskar xanımlar arasında Bocce yarışı təşkil olunub.
Sportal.az xəbər verir ki, müxtəlif qurumlardan otuza yaxın komamda öz güclərini sınayıb.
Gənclər və İdman naziri Fərid Qayıbov, milli məclisin deputatı Vüqar İskəndərov iştirakçı xanımları 8 mart qadınlar günü münasibəti ilə təbrik edib.
İlk üç yeri tutan komandalar medal, diplom və xüsusi hədiyylərlə mükafatlandırılıb.