"Bavariya" fransızı buraxmaq istəmir

12:22 - 9 Mart 2025

"Bavariya" Kinqsli Komanı buraxmaq fikrində deyil.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi indidən fransıza yeni müqavilə təklif edib.

Koman özü də komandasını dəyişmək istəmir.

Ona bir çox klubdan təklif olsa da, özü də burada qalmaq niyyətindədir.

Kinqsli bu mövsüm 33 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

28 yaşlı futbolçunun "Bavariya" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti