"Tacikistan və Azərbaycanla matçların nə mənası var?"

19:23 - 9 Mart 2025

Belaruslu futbol məşqçisi Sergey Qurenko yığma komandasının Tacikistan və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri haqda danışıb. 

Sportal.az xəbər verir ki, “pressball.by” portalına açıqlama verən Belarus millisinin veteran üzvü millimizlə matçın mənasız olduğunu deyib: 

"Belarus çempionatı hələ başlamayıb, ona görə də futbolçuların hazırkı səviyyəsini bilmirəm. Bu matçları oynamağın nə mənası var? Əgər yoldaşlıq görüşləri keçirirsinizsə, gələcək rəqiblərinizlə eyni üslubda olan komandalara üstünlük verməlisiz. Bəs Tacikistan və Azərbaycanla görüşlərin nə mənası var?".

Xatırladaq ki, Azərbaycan – Belarus oyunu martın 25-də Masazırdakı “Bank Republika Arena” stadionunda keçiriləcək və oyuna 21:45-də başlayacaq. 52 yaşlı mütəxəssis Belarus millisində 80 matça çıxıb və 3 qol vurub.
 

Xəbər xətti