"Arsenal" növbəti mövsüm üçün əsas transfer hədəfi bəlli olub.
Sportal.az xəbər verir ki, London klubu "Leypziq"də çıxış edən Benjamin Şeşkonu transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta slovakiyalı hücumçunun transferində israrlıdır. "Topçular" 21 yaşlı forvardı yay transfer pəncərəsi zamanı heyətinə qatmaq üçün səy göstərəcək.
Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. Slovakiya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 19 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi