"Səbail" legionerini cərimələdi - qırmızı vərəqə ona baha başa gəldi

14:22 - 15 Aprel 2025

"Səbail" legioneri Suleyman Alluşu cərimələyib.

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqanın 26-cı turunun “Zirə” ilə görüşündə təcavüzkar davranışına görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyan və AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılan niderlandlı futbolçuya klub da cəza verib.

Belə ki, etdiyi hərəkətə və klubu çətin durumda qoyduğuna görə "Səbail" ona 3 min manat civarında cərimə kəsib. 

Niderlandlının Misli Premyer Liqasının 31-ci turunun "Sabah" - "Səbail" matçında meydanda olacağı gözlənilir.


 

Xəbər xətti