Joao Feliş ölkəsinə qayıdır

18:20 - 16 Aprel 2025

"Çelsi"nin futbolçusu Joao Feliş ölkəsinə qayıda bilər.

Sportal.az xəbər verir ki, icarə əsasında "Milan"da çıxış edən portuqaliyalı hücumçunun xidmətində "Benfika" maraqlıdır. Bu barədə "Record" nəşri məlumat yayıb.

Lisssabon klubu Feliksi icarəyə götürməyi planlaşdırır. "Benfika" 25 yaşlı forvardın keçidini iyun ayında başlayacaq klublar arası dünya çempionatına kimi yekunlaşdırmağa çalışacaq.

Qeyd edək ki, Joso Feliş 2015-ci ildə "Benfika"nın akademiyasına qoşulub. Portuqaliya millisinin üzvü 2019-cu ilədək klubun uğurları üçün çalışıb. O, 2019-cu ilin yayında 127 milyon avro qarşılığında "Atletiko"ya transfer olunub.

Xəbər xətti