Futbol üzrə Albaniya Super Liqasında 35-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Skenderbeu" ilə qarşılaşıb. Matç 0:0 hesablı heç-heçə ilə bitib.
Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, lider "Eqnatiya" 59 xalla ən yaxın rəqibi "Vlazniya"nı 3 xal qabaqlayır.
saytlarin hazirlanmasi