"Səbail"in futbolçusu Rüfət Abdullazadənin Türkiyənin "Erzurumspor" klubunun maraq dairəsində olması haqda xəbər vermişdik.
Birinci liqa təmsilçisi Rüfəti hələ bu qış heyətinə qatmaq istəyirdi.
Sportal.az saytına açıqlama verən 25 yaşlı yarımmüdafiəçi məsələ barədə bunları deyib:
"Əlbəttə, mən özüm də legioner həyatı yaşamaq istəyərdim. Amma hazırda yalnız “Səbail”i düşünürəm. Hamımız komanda olaraq, bu mövsümü düşünürük. “Səbail” ailəsi olaraq sona qədər döyüşəcəyik. Komandanın Premyer Liqada qalmasına çalışırıq".
24 yaşlı futbolçu 2023-cü il iyulun 1-də “Səbail”ə keçib və müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.