"Bavariya" futbolçusunun transferindən 50 milyon avro qazana bilər

00:06 - 24 Aprel 2025

Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir.

Sportal.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, Səudiyyə Ərəbistanının dörd aparıcı klubu "Bavariya"nın cinah oyunçusunu transfer etmək üçün fəal şəkildə çalışır. Bu keçid "Bavariya"ya 50 milyon avro, futbolçunun özünə isə təxminən 25 milyon avro qazanc gətirə bilər.

Komana "Arsenal" da maraq göstərir. Əgər Səudiyyə klubları ilə razılıq əldə olunmasa, o, "Arsenal"a keçə bilər.

Cari Bundesliqa mövsümündə Koman 24 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti