2-ci Liqada 25-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Füzuli" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 68-ə yüksəldən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 15 xalı olan "Füzuli" isə sonuncu yerdədir.
"Füzuli" - "Şəfa" 0:7
Qollar: A.Yunanov, 17, 38, 44, 50, A.Paşayev, 37, R.Məhərrəmov, 60, C.Bağırov, 79