Azərbaycan Televiziyasında 56 ildir yayımlanan “Şahmat Klubu” proqramı dünya efirində ən uzunömürlü idman verilişi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Sportal.az xəbər verir ki, bununla əlaqədar "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də təşkil olunan tədbirdə proqramın aparıcısı, Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənova Ginnesin rəsmi nümayəndəsi tərəfindən xüsusi mükafat təqdim olunub.
Gənclər və İdman naziri Fərid Qayıbov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov verilişin ölkədə şahmatın inkişafında olan rolu barədə öz fikirlərini bildirərək bu sahənin gənclər arasında təbliğ edilməsinin vacibliyindən danışıblar.
saytlarin hazirlanmasi