"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

13:48 - 13 May 2025

“Səbail”in futbolçusu Gitay Sofier yeni mövsümə də Azərbaycanda başlaya bilər.

Sportal.az xəbər verir ki, israilli futbolçunun komandası Premyer Liqanı tərk etsə də, ona digər klublarımızdan təkliflər var.

25 yaşlı futbolçu paytaxt təmsilçilərinin maraq dairəsindədir. Sofir mövsümün əvvəlində “Səbail”ə keçib və gələn ayın sonunda klubla müqaviləsi başa çatacaq.

Gitay “Hapoel Akre”, “Makkabi Zur Şalom” klublarında çıxış edib.

Xəbər xətti