"Beşiktaş" bu mövsüm Türkiyə Superliqasına damğa vuran legionerlərdən olan Romulonu heyətinə qatmaq istəyir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartal” “Göztəpə”nin formasını geyinən 23 yaşlı braziliyalı üçün hərəkətə keçib.
Transferin yayda baş tutacağı gözlənilir. Braziliyalı hücumçu “Göztəpə”dən əvvəl “Atletiko Paranaense”də çıxış edib.
2025-ci il yanvarın 24-də İzmir təmsilçisinə keçən Romulo 2028-ci il iyunun 30-na qədər bu kluba məxsusdur. O, bu mövsüm 29 matçda 13 qol vurub və 9 asist edib.
saytlarin hazirlanmasi