Premyer Liqaya vəsiqə qazanan “Karvan” transfer çalışmalarını davam etdirir.
Sportal.az İdmanxeber.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib. Yevlax klubu Araz Abdullayevlə anlaşıb. Millimizin sabiq üzvü ilə bir illik müqavilə bağlanıb.
Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, Abdullayev karyerası ərzində Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Sumqayıt” və “Zirə” kimi klublarda çıxış edib. 33 yaşlı yarımmüdafiəçi bu günə qədər Premyer Liqada 192 oyun keçirib və 29 qol vurub.
Millimizin sabiq üzvü son olaraq ötən mövsüm Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunda oynayıb.
saytlarin hazirlanmasi