Danimarkalı futbolçu "Mançester Yunayted"i tərk etmək istəmir

22:22 - 7 İyul 2025

Rasmus Hoylun "Mançester Yunayted" klubunu tərk etmək niyyətində deyil. 22 yaşlı hücumçu İngiltərə klubunda çıxışını davam etdirmək istəyir.

Sportal.az xəbər verir ki, danimarkalı futbolçunun satışı yalnız "Mançester Yunayted" özü danışıqları aktivləşdirib transferi rəsmiləşdirmək qərarına gəlsə mümkün olacaq.

Daha əvvəl futbolçu ilə "İnter" maraqlanırdı.

Qeyd edək ki, ötən mövsüm Rasmus Hoylun Premyer Liqada 32 matçda 4 qol vurub.

Xəbər xətti