"Sabah"ın keçmiş futbolçusu Özbəkistanda

00:11 - 8 İyul 2025

"Sabah"ın sabiq futbolçusu Filip İvanoviç karyerasını Asiyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 2018-2021-ci illərdə "Sabah"da çıxış edən İvanoviç Özbəkistanın "Sogdiana" klubuna keçib. Müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İvanoviçin son klubu Bəhreyn klubu "Əl-Haldiya" olub.


Xəbər xətti