"Fənərbaxça" PSJ ilə anlaşdı - Şkrinyar qalır

20:21 - 7 İyul 2025

"Fənərbaxça" PSJ-dən icarəyə götürdüyü Milan Şkrinyarı komandada saxlayacaq.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi slovakiyalı müdafiəçinin həm özü ilə, həm də klubu PSJ ilə razılıq əldə edib. Bu barədə Türkiyə  mətbuatı məlumat yayıb.

PSJ Türkiyə klubunun 12+3 milyon avroluq təklifini qəbul edib. "Fənərbaxça" 29 yaşlı mərkəz müdafiəçisinin özünə isə bonuslarla birlikdə 9 milyon avro maaş verəcək.

Qeyd edək ki, Milan Şkrinyar ötən mövsümün ikinci yarısında "Fənərbaxça"nın formasını geyinib. Slovakiya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti