"Milan" "Bayer"in hücumçusu üçün hərəkətə keçdi

22:43 - 7 İyul 2025

Leverkuzen "Bayer"inin hücumçusu Viktor Bonifeys A Seriyası klubuna keçə bilər.

Sportal.az xəbər verir ki, "Milan" hücumçu Viktor Bonifeys ilə transfer danışıqlarına başlayıb. Daha əvvəl bildirilmişdi ki, "Bayer" futbolçunu 50 milyon avroya sata bilər.

Bununla belə, son aylarda zədələrlə bağlı problemlər yaşadığı üçün Milan klubu digər variantları da nəzərdən keçirir.

Ötən mövsüm Viktor Bonifeys Bundesliqada 19 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti